İçərisində gizli mesaj olan 10 məhşur loqo
Yazıda içərisində gizli mesaj olan 10 məşhur loqodan bəhs edəcəyəm .Demək yerinə düşər ki, bəzləri “gizli” deyillər amma ağıllı dizaynın sadə məhsullarıdırlar.
1. VAIO
İlk baxışdan sadəcə VAIO görünür, amma bir az da yaxınlaşdırıb baxanda, ilk iki hərf analoq simvolu təmsil edir, son iki hərf isə rəqəmsal simvolu.
2. Baskin Robbins
Çəhrayı rəngdə vurğulanan sahəyə nəzər yetirin. ? 31 ədədi təklif etdikləri ətirlərin sayıdır
3. Amazon
Amazonun loqosuna ilkin baxanda düşünə bilərsiz ki, ox işarəsi gülümsəyən üzə bənzəyir, mənası isə o deməkdir ki, Amazon öz müştərilərini xoşbəxt etmək üçün mövcuddur. Bunu da əlavə edim ki, a-dan z-yə qədər uzanan ox işarəsi Amazonun satışdakı çeşidliliyinin a hərfindən z hərfinə qədər olduğuna da işarə edir.
4. Google
Heç fikir vermisiz ki Google ardıcıl 4 ana rəngdən sonra 2-ci dərəcəli rəng istifadə edib? Bu tamamilə qəsdən olunub. Google göstərmək istəyirdi ki, onlar qaydalar ilə oynamırlar.Buna görə də onlar sadə hərflər və rənglərdən istifadə ediblər
5. Pepsi
2008-ci ildə Pepsi yeni loqo (soldakı köhnə,sağdakı yeni) dizayn etmək üçün Arnell Associates-ə 1 milyon dollar pul ödədi. Buna görə də Pepsi rebrendinq üçün hər şeyə yenidən milyonlarla pul ödəməli idi. Arnell-in “Dizayn Strategiyasının Ruhu” adlı proyekti ictimaiətə təqdim olundu . Təklif olunan o idi ki, yeni loqo bir növ Da Vinçinin Şifrəsi olmalı idi. Arnell-in proyektinə görə, Pepsinin logosu Feng shui, İntibah dövrü, Nisbilik nəzəriyyəsi, Kainat və başqa faktorlara görə hazırlanmışdı. Çıxan nəticə isə bu idi: Loqo kainatın açarıdır.
6. IBM
IBM-in,şirkəti təmsil edən Böyük Mavi loqotipində bütün dünya üçün gizli mesaj mövcuddur . Sağ aşağı hissədəki ağ xəttin keçdiyi hissə bərabərlik(=) işərəsinə bənzəyir
7. Unilever
Unilever o qədər müxtəlif məhsullar istehsal edir ki, bəzən hər şeyi yadda saxlamaq çətin olur.Bəxtimiz gətirib ki, istehsal etdikləri hərşeyin simvolları loqoda mövcuddur.
8. Toyota
Toyotanın loqotipində olan üç ellips üç ürəyi təmsil edir: müştərinin ürəyi, məhsulun ürəyi və texnologiya sahəsindəki tərəqqinin ürəyi
Bunlar bilinəndir,bəs bilinməyənləri? Çox az adam aşağıdakı şəkildəkindən xəbərdardır:
9. Coca Cola
Coca Cola sözündəki “o” hərfinə yaxından baxın. Nəsə qəribəlik hiss edirsiz? Etmirsizsə eybi yox, çünki insanların əksəriyyəti bunu hiss etmir. Bu, əslində Danimarkanın bayrağıdır.Amma bu əvvəldən düşünülmə birşey deyildi. Coca Cola sonradan fərqinə vardı ki, onun loqotipinin bir hissəsi əslində yer üzündə ən xoşbəxt ölkə adını daşıyan Danimarkanın bayrağı kimi görünür.
10. FedEx
Fedex-in loqosu kreativ nümunələrdəndir! İlk baxışdan iki müxtəlif rəng görünür, ancaq daha diqqətlə baxanda “E” və “X” hərfləri arasındakı boşluqda ox işarəsi var,hansı ki şirkətin uzaqgörənliyinin və gələcəyə dair proqnoz irəli sürməsinin simvoludur.