Satışda düz bildiyimiz səhvlər və ya “xalaoğlu”, “bacımsan”

Satışda düz bildiyimiz səhvlər və ya “xalaoğlu”, “bacımsan”

Category : Satış

Niyə 3 gündə 3 yazı? Ona görə ki bloq təzə yarandığından və telefonumda “Note” hissəsində yığılıb qalan çox mövzu olduğundan boş vaxt tapdıqca yazı formasına keçirirəm.Təbii ki bacardığım qədər öz təcrübəmdə də şahidi olduğum ən aktual məsələlərə toxunmağa çalışıram.Satışa yeni başlayanda sizdən təcrübəlilərdən bu sözləri böyük ehtimalla eşitmisiz,məsələ budur ki bunların heçbiri artıq(ümumiyyətlə) işə yaramır(yaramayıb).Bunlardan özümün də diqqətini çəkən və hələ də bazarda mövcud olan bəzilərini yazmaq istəyirəm

  • Müştəri ilə yaxın münasibət qurmaq

Satıcılar müştərilərinə birdənbirə “qardaş”(qardaş,bacı,xalaoğlu,əmioğlu,anam,atam və s.)  davranmağa başladıqlarında müştərilər bundan heç də xoşlanmırlar.Çünki müştərilər sizinlə dost kimi söhbət etməyi yox,sadəcə sizdən onlara istədikləri mövzuda onlara kömək etməyinizi və ya kiçik də olsa endirim etməyinizi gözləyirlər.Əgər daimi və davamlı müştəriləriniz varsa onlarla zamanla dostluq münasibtinizin yaranması təbiidir,amma həmin vaxta qədər müştəriləriniz sizdən dostluq münasibəti deyil,professional xidmət göstərməyinizi istəyirlər.

  • Nə olursa olsun satış etmək

Hərşeydən əvvəl müştərilər satıcıların güvənilir və dürüst olmağını istəyirlər.Digər insanlar kimi,kimin dürüst kimin saxtakar olduğunu rahatlıqla anlaya bilirlər.Əgər satdığınız malın çox da keyfiyyətli olmadığını bildiyiniz halda bunu müştəriyə keyfiyyətli və yaxşı mal adı ilə satırsızsa zamanla müştərilərinizi azaldığının şahidi olacaqsınız.

  • Müştərini tələsdirib satış etməyə çalışmaq

Müştəri olaraq satıcı tərəfindən 2 ayağımın 1 başmağa salınmağından xoşum gəlmir və həqiqətən alacağım mala qərar verərəkən satıcının məni sıxıştırmasından nifrət edirəm.Müştərilər sizdən sadəcə xidmət və onlara səmimi şəkildə kömək etməyinizi istəyirlər.Bəlkə də dürsütlüyünüzün,müştəriyə təqdim etdiyiniz malı almamasına və hətta başqa yerdən alış-veriş edəcəyini düşünə bilərsiz amma əmin olun ki sizin səmimiliyinizə görə müştəri başqa yerdən alış-veriş etməyəcək.

  • Rədd edilməyi qəbul etmək

Bəzən müştərinin bir malı almaq niyyəti olsa da “Lazım olmadı,çox sağolun” deyib gedən kimi görünə bilərlər.Əslində bunun səbəbi qiymətdə köməkçi olmağınız və ya istədiyi nədisə onun barədə bir daha düşünməyinizi istəməsidir. Çox satıcı bunu müştərinin naz etməsi kimi qəbule dib hətta çox vaxt arxasıya və bəzən də üzünə “Almırsan alma.Sənin verdiyin pula ehtiyacım yoxdu,ruzini verən Allahdır” deyə bilir.Bu davraışı diqqətə almasaz istirən siz olacaqsız amma diqqətə alıb müştərinizə az da osla cavab verə bilsəz həmin müştəri başqaq yerdən alış-veriş etməyəcək.

  • Müştəri hə zaman haqqlıdır

Davamlı sizdən alış-veriş edən ,xidmətinizdən istifadə edən müştəriylə “onsuz da həmişə bura gəlir” deyərək ilgilənməkdən vazkeçməyin.Müştəri hər zaman haqqlıdır-dan yola çıxaraq mütərilərinizə hər dəqiqə bu sözü təkrarlamayın.Müştərilərinə hər cümlənin sonunda “Bəli,haqqlısız” deyən satıcılar,kənardan qeyri-səmimi satıcı olaraq görünür

 


Leave a Reply