Rebrandinq dəbi

Rebrandinq dəbi

Category : Marketinq

Bəzən şirkət daxilində və xaricində meydana gələn proseslər bir şirkəti marka və loqosunu dəyişdirməyə məcbur edə bilər. Bunlar arasında şirkətin etdiyi hər hansı bir səhvin unudulmasına çalışması, şirkətin sahibkar dəyişdirməsi, xarici bazarlarda markanın tələffüz çətinliyi və s. ola bilər.

Rebrandinqin yeni bir strategiya olaraq düşünüldüyü halda isə bu strategiyanın əsasını aşağıdakı məqsədləri həyata keçirmək üçün planlar və layihələr təşkil edir:

  • Müştəriyə təqdim olunan mal və xidmət növlərində inkişaf və daha mükəmmələ istiqamətli dəyişimi təmin etmək.
  • Şirkətdaxili  funksional dəyişikliklər etmək
  • Şirkətin korporativ imic, və əlaqə vasitələrinin idarəsində daha tutarlı, müştərinin istək və ehtiyaclarına daha həssas bir dəyişim etmək.

Amma gəlin biraz da bunun yerli bazardakı tətbiqlərinə baxaq. Yerli şirkətlərin bir çoxu(marketinq departamentləri) azalan satışları artırmaq üçün effektiv strategiyalar əvəzinə çıxış yolu kimi ən rahatı olan rebrandinqə qaçırlar. Bunun effekti nə qədərdi sizcə? Məncə maksimum 1-2 ay gündəmdə qalmaq, sosial şəbəkə paylaşımları və s. Yenə qayıtdıq həmin vəziyyətə. Yerli bazarda adətən rebradinqdən qazanan məhsul və keyfiyyəti olmur. Əksinə  yada qalanlar büdcədən silinən pullar, kimlərinsə tanış reklam və dizayn şirkətlər vasitəsi ilə cibinin dolması(otkat), prosesdən sonra 1-2 ay müddətində marketoloqun müdiriyyət qarşısında müvəqqəti “üzünün ağlığı” və s.

Famil F. Almmamadovun Hannibalizm yazısını oxuyandan sonra isə bir məsələnin də fərqinə vardım ki , bəzi şirkətər artıq rebrandinqdən “utandığına” görə fəqrli adda eyni məhsulunu bazara buraxır. Qablaşdırma eyni, dad eyni, çeşidlilikdə fərqlilik və s. Məsələn bir şirkət X brendini  rebrandinqdən sonra da 1.50 azn-ə sata bilmirsə, və yenindən rebrandinq etməyə ar etdiyinə (interval az olduğu üçün) görə məcburi bazardan pay əldə etmək üçün  Y brendini bazara daxil edir, qiyməti isə 1.20 təyin edir. Nəticədə rebrandinqinə yüzminlər xərclədiyi X markasının bazar payından alır. Bəs burda deməzlər rebrandinq nə üçün idi bəs? Cavabı isə bundan əvvəlki paraqrafda qeyd olunub. Nədənsə yerli marketoloqların kreativliyi ancaq rebrandinq vaxtı üzə çıxır, bu da maraqlı faktdır

Xülasə, yerli bazarda rebrandinq edərək keyfiyyəti və xidməti yüksələn brend xatırlamıram(varsa xatırladın), hərşey sadəcə vizualla kifayətlənir.  Əvvəl aldığımız sarı rəngli məhsul əvəzinə indi üzərində meyvə şəkli çox olan məhsul alırıq və biz dünyanın xoşbəxtiyik


Leave a Reply