MİRF 2016, başqa sözlə İnsana Dəyər…

MİRF 2016, başqa sözlə İnsana Dəyər…

Category : HR

Artıq sentyabr ayıdır, son rüb adlanan perioda keçiş edirik. Böyük kimi görünən ilin son nəfəsləridir artıq. Bu son rüb ərzində hədəflər, gözləntilər və nəticələr bəzilərimizə müsbət, bəzilərimizə isə mənfi olaraq geri dönəcək.

Bir müəssisənin ilin əvvəli ilə ilin sonu arasındakı hədəfləri, həyəta keçirdikləri politikalar, layihələr, insan resusları ilə əlaqədar investisiyaları və nəticələri, nəticələrin faizinin yüksəkliyi və ya zəifliyi qısa və uzun müddətdə şirkətin yaşam müddətini təyin edir.

İnsan resursunun keyfiyyəti və müddətliliyi müəssisə üçün həyati önəmə sahibdir.  Məlum olduğu kimi ən önəmli məsələlərdən biri də istedadların idarəsidir(talent management). Şirkətlər istedadlı işçilərini itirməmək, doğru vəzifəyə doğru insanı işə götürmək üçün müxtəlif layihələr həyata keçirirlər.

İnsan qaynaqlarının idarəetməsi klassik olaraq kadr tapma və əmək haqqı paylama olaraq başa düşülsə də, şirkətlərin,idarəçilərin ən çox önəm verməsi və investisiya qoyması vacib olan  sahələrdən biridir.

Əslində insan qaynaqları:

  • İstedad idarəsindən performans idarəsinə,
  • Sosial medya tətbiqlərindən müxtəlif  İQ sistemləri və politikilara,
  • Onboarding və təhsil perioduna qədər bir-birindən fərqli önəmli İQ paradiqmalarını əhatə etməkdədir.

Ölkəmizdə getdikcə önəmi artan insan qaynaqlarının qısaca əksikliklərindən danışası olsaq: Azərbaycana məxsus insan qaynaqları sistemləri modelinin yetərincə inkişaf etməməsi, insan qaynaqları sahəsində yetərincə akademik işlərin olunmaması və qaynaqların azlığı, İQ sistemləri ilə əlaqəli proqramların baha olması,  digitaldan yertərincə faydalanılmaması və s kimi bir çox problemləri sadalaya bilərik.

Hər nə qədər bir sürü əksikliklər olsa da yavaş-yavaş insan qaynaqları sahəsində dünyadakı innovasiyaya paralel olaraq ölkə ehtiyacları nisbətində yeni inkişaflar həyata keçməkdə, keyfiyyətli mütəxəssislər yetişməkdə, şirkətlər öz daxilində büdcə ayıraraq İQ şöbələrini yaratmaqdadırlar.

Sevindirici haldır ki, İQ ilə əlaqəli dəyişiklik və yeniliklər il ərzində fərqli tədbirlərlə təqdim olunur, sahəsində professional mütəxəssislər və firma təmsilciləri ilə müzakirə olunmaqdadır.

Bu tip tədbirlərin ən böyüyü və faydalısı şübhəsiz ki Milli İnsan Resursları Forumudur ki, artıq 2-ci ildir ki ölkəmizdə keçirilir. Sahəsinin peşəkarı mütəxəssislərin iştirakı ilə bu il də keçən ilkindən daha faydalı və daha çox iştirakçı qatılımlı tədbir olacağına inanırıq. Ön bilet satışları artıq www.azmirf.com saytından qeydiyyatdan keçəçməklə və +994 51 816 0009 nömrəsi ilə əlaqə saxlanılmaqla başlamışdır.

Marağı olan hərkəsi 22 oktyabr 2016-cı ildə Park İnn oteldə saat 10:00-da başlayacaq tədbirə dəvət edirəm.

Keçən ilki kimi şüarımız dəyişməzdir və inanırıq ki “Səs-küylü yox, faydalı forum olacaq” 


Leave a Reply