Milli İnsan Resusları Forumu 2015

Milli İnsan Resusları Forumu 2015

Category : Böhran , Marketinq

Ölkənin “gül” vaxtında əsas ağırlıq marketinqin üzərinə düşürdüsə,artıq  insan resusları da marketinqlə bərabər o ağırlığın altına çiynini qoyub ağırlığı paylaşır.Artıq bir çox şirkət,seçim arasında qalarsa,tv-də vəya bilbordda 1 aylıq gedəcək reklam əvəzinə savadlı və sədaqətli kadrı daha üstün tutar. Çünki artıq şirkətlər üçün marketinq şöbəsi qədər insan resusları şöbəsi və fəaliyyəti də önəmli faktora çevrilib.Bütün şirkətlər insan faktoru ilə var olan qurumlardır və insan faktoru nəzərə alınmadan fəaliyyətlərini davam etdirə bilməzlər.

Biz türk liseyində təhsil alan vaxtlarda(2000-2005) yəni yaxın keçmişdə ,liseylər daxil bir çox qurumda bu sahə “Personel Müdiri” olaraq adlandırıldı və daha çox işçilərin qeydiyyatının tutulması ilə məşğul idilər.Vəzifələri işə götürmə,işçilərin qeydiyyatlarının aparılması,sığorta və təzminat kimi işlərlə çərçivələnirdi.Ancaq bunların yetərli olmadığı,işçilərin motivasiyası və verimliliyini artırmaq üçün başqa əlavə nələrəsə ehtiyac olduğu,o vaxtdan bu yana aparılan təcrübələr nəticəsində artıq isbat olunub.O zamandan bu zamana insan resuslarına əlavə olunan yeniliklər ,hər işə doğru insan seçimi ilə başlayıb,karyera planlaması,ədalətli  performans ölçümü və buna bağlı olaraq mükafatlar,təhsil politikaları,qiymətləndirmə politikaları və s bunun kimi bir çox faktorlara şaxələnib.

Cabir Süleymanlı,Murad Malik və Elmira İsmayılova da bu sahənin önəminə diqqət yetirmək üçün Azərbaycanda yenilik olan Milli İnsan Resusları Forumunu keçirməklə bəlkə də hədəflədiklərindən daha artıq iş görmüş olacaqlar. Mənə də bu forumun təşkilat komandasında üzvü olmaq şansı verdiklərinə görə də ayrıca təşəkkür edirəm.

Bu sahə ilə maraqlanan hərkəsi Milli İnsan Resusları Forumu 2015)-də iştirak edib forumun bir parçası olmağa dəvət edirəm.

Ümid edirəm ki, səs-küylü tədbir yox,faydalı tədbir olacaq…