Marketinqdə “görmə” (seeing)

Marketinqdə “görmə” (seeing)

Category : Böhran , HR , Marketinq , Satınalma , Satış , Ümumi

İnsan öyrəndiklərinin 75%-ini görərək öyrənir. Bazara yeni daxil olan məhsulda müştərilər , 1% qoxusuna, 6% səthinə(texture) 93% nisbətində isə görünüşünə fikir verməkdədir. Görmək hissi işıq, şəkil, rəng, hərəkət və bunun kimi birçox xüsusiyyətlərinin cəmidir. Müştərilər əsasən az işıqlandırılmış yerlərdənsə işıqlandırması daha yaxşı və çox olan yerlərə getməyi üstün tuturlar.

Businessinsider saytının apardığı araşdırmaya görə insanları görünüşlərinə görə digərlərindən daha çox əmək haqqı qazana biləcəyini ortaya çıxarmışdır. Araşdırmaya görə aşağıdakı xüsusiyyətlərə sahib insanlar digərlərindən daha çox qazanırlar:

  • Boyu 183 sm-dən böyük kişilər
  • Sarışın qadın və kişilər
  • Kök olmayan, zəif bədən quruluşuna sahib qadınlar
  • İş yoldaşlarından boyu təxmini 7-8 sm böyük olan qadınlar
  • Yetişkin bir üzə malik ağ dərili kişilər
  • Çənəsi çox kiçik olmayanlar, gözləri çox böyük olmayanlar və incə qaşları olmayanlar
  • Başı və üzü simmetrik olanlar
  • Saçları olub bığı və saqqalı olmayanlar,üzü tüklü olmayanlar
  • Dik və düzgün bədən quruluşuna(great posture) sahib olanlar

Marketinqdə vizual , məhsulların formalarını, dizaynlarını, rənglərini, loqolarını, istifadə olunan şrift və ölçüsünə qədər çox amili özündə cəmləyir. Məsələn şampun, otaq üçün sprey və buna bənzər məhsullarda insanlar əvvəl aldığı məhsulu bəyənibsə, ikinci dəfə də eyni məhsulu almaq şansı çoxdur. Belə olduqda insanlar artıq həmin məhsulun qutusuna, loqosuna,  qablaşdırma formasına və rənginə  baxaraq ala bilirlər. Bu cür etmək o məhsulun adını yadda saxlamaqdan daha asandır.

Chanel və Absolut(vodka) məhsullarının şüşə dizaynlarına görə milyon dollarlar xərcləyirlər.   Fikir vermisizsə,banklar kredit faizlərini aylıq(az göründüyü üçün), depozit faizlərini isə illik(çox göründüyü üçün) qeyd edirlər reklamlarında. Çünki müştərilər nə aylıq faizi illiyə çevirirlər, nə də illik faizi aylığa.

Məhsulların dizaynlarına əlavə olaraq onların rənglərinin də böyük əhəmiyyəti var. Rənglərin oxumağı 40%, başa düşməyi 73%, öyrənmə  və xatırlamağı isə 55-78% arası asanlaşdırdığı müxtəlif araşdırmalar nəticəsində sübut olunub.  Araşdırmaya görə müştərilər məhsul aldıqda 15% digər faktorlardan, 85% isə məhsul və xidmət sahəsinin rəngindən təsirlənir. Eyni şəkildə, rəngin məhsulun fərqinə varılmağında 80% təsirli olduğu da bilinir.