Makromart və mühafizəçi mühafizəkarlığı

Makromart və mühafizəçi mühafizəkarlığı

Category : Marketinq

img_0044Az öncə Makromartın AAAF parkdakı filialından alış-veriş etdim. Kassaya yaxınlaşmamışdan qabaq Cipsim cipslərinin 75 qram olanlarının ikisinin birlikdə kampaniyada olub 1.50 azn olduğunu gördüm,marağımı çəkdi, mən də sırf cips və qiymət düşən hissəsin şəklini çəkdim ki paylaşım.Çünki 1.50 qramlığını 1,25 azn-ə alıram, hansı məntiqlə 2 ədəd 75 qramlıq 1.50 azn ola bilər ki?

Pulu verib çölə çıxanda arxandan kimsə “Qaqaş olar bir dəqiqə” dedi. Çevrilən kimi başladı ki bəs “O şəkli niyə çəkmisən?” və s. Başa salamağa çalışdım ki sən yox sizlə müraciət et,qardaş sözünün də əvəzinə müəllim və ya bəy kəliməsini işlədə bilərsiz.

Nə başınızə ağrıdım, 1 idilər, 3 dəqiqə sonra səhv eləmirəmsə 7 ya 8 nəfər oldular ətrafımda. “Gəl gedək qıraqda başa salım səni” , “Burda müştəri var,yaxşı deyil” (mənim də müştəri olduğumu unudublar) və s təhdidlər, müştəriyə qarşı istifadə olunmayacaq tərzdə “oğru aləmi” söhbətləri başladı.

Deyirəm ki, şəkil çəkməklə bağlı qadağa işarəsi yoxdu heç harda, olsa çəkməzdim. Deyir ki, “Gərək olsun?!” Bir də başı qaldırdım ki mağaza işçisi olmayan üzü başı saqqallı 2-3 nəfər də yaxınlaşdı, təzyiqləri biraz da artırdılar. Gördüm başa düşən IQ-da deyillər, şəkli silməyə razılıq verdim, amma dedim müştəriyə münasibətlə bağlı fikrimi paylaşacam

Kənardan gələn saqqallı qaqaşlar başladılar “oğru dünyası” söhbətinə. “Brat, sən razı olarsan kiminsə çörəyinə bais olmağa?” , “Brat, biz kişiyik” , “Qaqaş,işsiz qalsa xoşuva gələcək?” tipi də duyğusal təhdidlər başladı. Birtəhər yola verib aldıqlarımı götürüb marketdən çıxmışdım ki mühafizəçisi yaxınlaşdı marketin

“Brat,harda qalansan?” , ” Əlindəkiləri qoy içəri keçək qıraqda təkbəbət danışaq” və s kimi suallar və təkliflər başladı. 2 dəqiqə keçməmiş kərkəs sürüsü yenə yığıldı başıma. Dedim söhbət bağlanıb, şəkli silmişəm, uzatmağın nə mənası? deyəndən sonra “Get brat,get” , “Adım filankəsdi, yazarsan ki filankəs belə dedi mənə” kimi təklifləri də unutmadılar.

Ölkədə HR forumları keçirildikcə bu tip forumlara dəstək vermək əvəzinə uzaqdan palçıq atmaqla bu tip işçilər və kollektivlərin çörəyinə yağ sürtənlər bəlkə biraz da bu tərəfdən baxa bilərlər məsələyə. Bu forumlarla HR müdirləri qapısı bağlı otaqlarından çıxıb həmkarları və camaat arasında üzü qızarsın biraz

Bundan sonra biraz uzaq olsa da Fresco marketdən edəcəm alış-verişi.Ola bilər bu Makromart üçün səhrada qum dənəsidi amma ən azından istehlakçı mövqeyimi ortaya qoymuş oldum

#Makromart


Leave a Reply