Keyfiyyətdən qaçış

Keyfiyyətdən qaçış

Category : Böhran , Marketinq , Satış

İçində olduğumuz vəziyyətdə,müştəri davranışları ilə bağlı doğru təsbitdə olmaq şirkətlərin əsas problemlərindən və vəzifələrindən biridir.Əsasən də böhran şəraitində,elədə yaxşı vəziyyətdə olmayan şirkətlər müxtəlif strategiyalarla müştərilərin diqqətini çəkməyə daha çox diqqət etməyə başlayıblar.Devalvasiyadan sonra,iqtisadiyyata köklü təsir edən böhrandan istehlakçılar fərqli şəkildə təsirləniblər.Bu təsir,xərclərin sayının azaldılması şəklində ola biləcəyi kimi, endirimli mallara istiqamətlənmək,keyfiyyəti ikinci plana atıb ucuz mallar alınması kimi də özünü göstərə bilir.Böhran şəraitində,istehlakçıların keyfiyyətli mallardan qiymət baxımından daha uyğun mallara yönəlməsi görünən bir haldır.

İlkin Manafovun  Procter and Gamble və Bəhrəm Bağırzadə  analizini oxuduqdan sonra bu mövzuya  da toxunmaq istədim.İstehlakçının ucuz mallara yönəlməsi,keyfiyyətsiz,heç bir gigiyenik standartlara önəm vermədən istehsalatla məşğul olan kiçik firmalara da fürsət yaradıb. P&G kimi qlobal bir şirkətin bunu öncədən sezib “Keyfiyyət sərfəlidir. Özün sına” kampaniyasını başlatmağı təbii ki təqdirə layiqdir.Niyə qlobal şirkət olduğunun da cavabını vermiş olub sanki bu kampaniya ilə.Marketlərin və ya satış nöqtələrinin qiymətə əsasən alış etdiyinə görə bu tip şirkətlərin sayı artmağa davam edəcəkdir.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun da bir növ buna və bu tip şirkətlərə stimul və rahatçılıq verəcək.Brend mallar satan və keyfiyyəti əsas tutan firma və mağazalar məcburən bu tip haqqsız rəqabətlə baş çıxarmağa çalışarkən,bir çoxu artıq bazardan çəkilir.Buna ən yaxşı nümunə Neftçilər prospekti,günü-gündən boşalan mağazalar və artan  “For Sale” elanlarıdır.

Amma bir reallıq var ki,digər sektorlarla müqayisədə böhranın ən az hiss edildiyi sektor və hətta deyərdim yüksəlişə keçən sahəsi qida sektoru və FMCG-dir.Təsadüfü deyil ki, son aylarda ən çox artım göstərən iş yerləri günü gündən bir yenisi açılan supermarket şəbəkələridir.Bu hiss etmək elədə çətin deyil,gün ərzində facebook newsfeed-inizə baxsaz bu tərkibli xəbərlərin özününüz şahidi ola bilərsiz.Metro və tv reklamlarının böyük hissəsi də bu sektorlara aiddir.Reklam xərclərində azalma olsa da liderlik bu sektorlara aiddir.Bu sektordan daha çox fərqlənənlər isə Süd məhsulları, Yağ və Çaydır. Satış olaraq isə daha çox makaron və tum ön plana çıxa bilər.

Böhranın ən ağır hiss edildiyi bir digər sahə isə kişi geyimi sahəsidir. Evin əsas ehtiyaclarını qarşılamaq kişinin öhdəliyi olduğu üçün,məcbur qalmadıqca özü üçün alış-veriş etmir.Buna yenə də təkrarçılıq kimi çıxsa da Neftçilər prospekti boyu kişi geyim mağazalarını nümunə göstərə bilərik.Qadınlarda da vəziyyət buna oxşar olsa da onlar dodaq və dırnaq boyası kimi maliyyəti az amma fərqlilik yarada bilən malları alaraq alış-veriş həvəslərini ölüdürə bilirlər.