Inbound marketinq nədir?

Inbound marketinq nədir?

Category : Marketinq

Inbound marketinq(IM) ,digital marketinqdə ən mühüm rollardan birini oynayır.IM-in əsasını keyfiyyətli content(məzmun) hazırlamaq tutur.Bunun sayəsində siz müştərini deyil,müştəri istədiklərini sizin sayt və bloqunuzda,bunun nəticəsi olaraq sizi tapır.Müştərinin maraqlarına paralel olaraq hazırlanmış bir content həmin müştəridə sizə qarşı maraq oyandırmış olur.Yəni qısaca Inbound maraqlı content hazırlayıb paylaşaraq insanların könüllü olaraq sizi izləyib,davamlı sizinlə əlaqədə olmasıdır.

IM-in 4 əsas qaydası:

1.Attract (Özünə çək)

Bloq yazıları, videolar, facebook app-ları, yarışmalar, e-kitab,  viral content-lər  və s.

2.Convert ( Tanış ol və abunə et)

Landing-pages, Məlumat formları, Online üzvlük və s.

3. Catch ( Tanı,izlə, öyrən və sat)

CRM sistemləri, Emailing, Kampaniyalar, Endirim Kuponları, Analytics, Anketlər və s.

4.Delight ( Sədaqət yarat)

Email büllütenlər, oyunlaşdırılmış content və app-lar, faydalı paylaşımlar, hədiyyələr və s.

Outbound marketinqdə(OM) diqqət çəkmək üçün kreativ və başdan çıxarıcı olmaq daha ön plandadırsa,IM-də faydalı olmaq daha vacibdir.Çünki məsələ sadəcə istehlakçının şüuraltına yerləşmək deyil,onunla üz-üzə əlaqə qurmaq,ehtiyaclarını qarşılamaqdır.

OM-də əsas əksiklik,qarşınzıdakının sizi dinləyib dinləmədiyini,izləyib izləmədiyini bilməməkdir.Vermək istədiyiniz mesajın istehlakçıya çatıb çatmadığını dəqiq olaraq bilməyiniz imkansızdır.Buna görə də mesajınızın çatmağını sığortalamaq,insanlarla dolu bir yerdə ,seçilmək üçün boşluğa qışqırmaq kimi birşeydir.Buna görə də ən çox səs-küyü (səs və görüntü olaraq) çıxarmaq əsasdır.Burda ən böyük problem isə hər marka ən yüksək səsi çıxarmaq üçün cəhd etdikdə ortaya çıxan xaosdur.

IM-də isə əsas,insanlara tək-tək tanış olub,onlara öz adları ilə xitab edib,davamlı təkbətək münasibətlərdir.IM, tanıdığınız yeni insanlardan öyrəndiyiniz məlumatları analiz edərək,onlar üçün yeni fürsətlər yaratmağa çalışmaqdır.Çünki istehlakçı hər zaman maksimum faydanı almağa çalışır.

IM-də oyunların rolu

Oyunlar IM-də çox mühüm yerlərdən birini tutur.Çünki oyun,insanların çox ağır  qaydalarına etiraz etmədən əməl etdikləri və qarşılığında yüksək tətmin duyğusu yaşadıqları bir haldır. OM insaları daha çox Eşq,İntim və Yemək baxış bucağından görərkən, IM daha çox oyun kimi vasitə ilə insanlara yaxınlaşmağa çalışır.

Oyunlar, insanların könüllü olaraq sıxılmadan saatlara vaxt keçirməsini və verilən çətin tapşırıqları etiraz etmədən yerinə yetirməsini çox asan bacarırlar.Təbiiətdəki hər canlının ilk müəllimi oyunlardır.Çünki insan eşq və digər şeyləri öyrənmədən oyunları öyrənir.

IM-də content

Content,istehlakçını tələyə salmaq üçün çörək qırıntıları olmamalıdır.Contet-lə bağlı ən böyük problemimiz ona çörək qırıntısı kimi baxmağımızdır.Bunun da nəticəsi olaraq təmsil etdiyiniz marka tələyə,kampaniyalar isə ora aparan yol olaraq görünməyə başlayır.

Yaxşı bir content nəyi bacarır?

1. Empatiya(emphaty) qurdurur.
2. Güvən verir.
3. Yeni insanlarla tanış olmaq üçün fürsət yaradır.
4. Əlaqədə davamlılıq yaradır.
5. Maksimum fayda verir.
6. Sədaqət yaradır.
7. Paylaşılır.

 

Nəticə

Inbound Marketinq, makro ünsiyyətdən çox,mikro ünsiyyətə önəm verir.Ünsiyyət dilini B2C olaraq deyil,H2H olaraq seçir.Çünki,hər tip məlumatın bu qədər asan əldə edildiyi bir zamanda,insanları şişirilmiş vədlərlə təsir etmə çağı sona çatıb.Artıq bir markanın afrikada vəya avropada etdiyi bir xəta, bütün dünyada saniyələr içində yayıla və insanların reaksiya göstərmələrinə səbəb ola bilir.