Güclü Sadəlik

Güclü Sadəlik

Category : Marketinq

Sadə olmaq ucuz olmaq demək deyil!

Bir çox brend, boşluğun təhqir edici olduğunu düşünür və ağ sahə ilə bağlı ciddi şübhələr içində yaşayıb yaradıb gedirlər. Bu şübhə zamanla markalara, qarmaşıqlığın trend olduğuna inandırır və bir çox PR vasitəsi zamanla başa düşülməz hala gəlib çıxır. CEO isə sadəlik mövzusunda Apple nümunələri verərək səhər stolunun üstünə qoyulmuş sadə işi geri çevirməklə günü tamamlamağa çalışır. Hədəf kütlə isə “çox məşğulam” düşüncəsi ilə küçədən keçərkən reklama baxmadan yoluna davam edir.

Qaqa, orası boş qalıb e! Amma orda ağ rəng var axı müəllim?!

Qrafiq dizaynda verəcəyiniz mesajı çatdırmağa xidmət edən ən gözəl arxa fonun ağ rəng olduğunu desək yanılmarıq yəqin. Mediadakı vizualların demək olar ki çoxu diqqət çəkmir, bunun da səbəbi mətnlərin ağırlığıdır.Ölkəmizdə də bir çox media quruluşunun səhifə dizaynları qarmaşıq olduğundan əsas diqqəti çəkən reklamlar fikir vermisizsə əsasən sadə olanlardır. Eyni zamanda buna açıq hava və digital da daxildir.

Tövsiyyə

Brendin, hədəf kütlə ilə arasındakı bütün küskünlük və gərginliyin “sadəlik” ilə həll olunacağını düşünənlərdənəm. Xüsusilə də kampaniyalarına ciddi büdcə ayıran şirkətlərin qarşılarına gələn təkliflər arasından qarmaşıq olanları (grift) seçmələrindəki əsas səbəblər:  1) Pulumuz boşa gedir?  2) Hədəf kütlə görəsən mesajı başa düşəcək?  3) Müdirim bunu 100% bəyənməyəcək,çox sadədir və s. və s. Əmin olun ki, hədəf kütlə sizi anlayır, həm də ilk insan  Adəmdən bu yana


Leave a Reply