“Content Marketing”-də rənglərin yeri

“Content Marketing”-də rənglərin yeri

Category : Böhran , HR , Marketinq , Satınalma , Satış , Ümumi

Mark Zuckerberg-in qırmızı-yaşıl rənk koru olduğunu bilirdiz? Mavi, Zuckerberg-in ən yaxşı görə bildiyi rəng olduğu üçün facebookun da mavi olmağı təsadüfi deyil. Əslinə baxanda günlük həyatımıza da buna oxşar məntiq hakimdi. Bizlər, özünü bizə göstərə bilən rəngləri görür,onlar sayəsində təmsil etdikləri markalar haqqında nəyisə düşünüb hiss edirik. Buna görə də marketinq fəlsəfəsi və icraatlarında rənglər həmişə mühüm yer tutmuşdur.

Rənglər müştərinin(istifadəçinin) diqqətini çəkir, rəqiblərinizə görə fərqlilik yaradır, yadda qalmağı və iştirakı(kampaniya və s) artırır. Bundan da əlavə düşüncə və davranışlarımız üzərində  fərqində olmadan təsir gücünə malikdir. Bu tip güclü bir faktoru düzgün işlətmək marka və content üçün mühüm rol oynayır.  Fərqli araşdırmalar və statistikalar daha konkret bir nəticəyə gəlməyə kömək edəcək:

  • Aparılan statistikaya görə, iştirak edənlərin 92,6%-i rəng və görünüşün satınalma qərarlarına təsir edən ən önəmli faktor olduğunu hətta dad və qoxu kimi faktorları üstələdiyini etiraf ediblər.
  • Hər 3 istehlakçıdan 2-si tərcih etdikləri rəngdə olmadığı təqdirdə böyük ev alətlərini almamaqdadır.
  • Impact of Color in Marketing adlı araşdırmaya görə ,məhsulla bağlı 90% fikir rənglərə görə formalaşır.
  • Rənglər bir markanın  görülməyini(fərq edilməyini) 80% artırır.
  • Ən əsası isə rənglərin sözlərlə uyğunlaşdığı araşdırmalar ilə sübut olunmuşdur:

Güvən: Mavi (34%), Ağ (21%), Yaşıl (11%)
Təhlükəsizlik: Mavi (28%), Qara (16%), Yaşıl (12%)
Sürət: Qırmızı (76%)
Ucuzluq: Narıncı (%26), Sarı (22%), Qəhvəyi (13%)
Yüksək Texnologiya: Qara (26%), Boz (23%)
Yüksək Keyfiyyət: Qara (43%), Mavi (20%)
Güvənirlilik: Mavi (43%), Qara (24%)
Cəsurluq: Bənövşəyi (29%), Qırmızı (28%), Mavi (22%)
Qorxu/ Terror: Qırmızı (41%), Qara (38%)
Əyləncə: Narıncı (28%), Sarı (26%), Bənövşəyi (17%)

11111

Gördüyünüz kimi, fərqli araşdırmalar content managament-də rənglərin nə qədər önəmli olduğunu və paylaşım edərkən rənglərlə bağlı bir daha düşünməyə məcbur edir.

Yaxşı bəs content ilə rənglərin yolu harda kəsişir? Yazının bu hissəsinə qədər “marka” anlayışı nə idisə,markaların yolu rənglər ilə hansı nöqtədə kəsişir vəya kəsişmək məcburiyyətində qalırdısa, “content”-i də bir marka olaraq düşündükdə rənglərlə bağlı münasibətin fərqli olmadığını görə bilərik. Hətta “content”-in markaya görə avantajı odur ki,hər hansı markanın loqoaunun və ya tamamilə rəngində dəyişikliyə getməyi hər zaman asan olmaya bilər. Bu tip dəyişikliklər marka nüfuzı zərər verə bilər.  Amma test etmək və nəticələri analiz etmək hər zaman ” Content Marketing”-in təbiətində var. Buna görə də paylaşımlarla rəngləri test edib ən uyğun rəngi marka üçün seçmək olar. “Buyer Persona”larınızın hansı rənglərə necə reaksiya verdiklərini rahatlıqla test edib təyin edə bilərsiz.