Category Archives: Marketinq

Robert Bosch və “Optimal” olmayan strategiya

Category : Marketinq

Robert müəllim işlədiyi sözün bu qədər ucuzlaşacağını təxmin etsəydi elə o vaxtı güvən itirib,şirkəti bağlaylb xırda dövlət işi ilə başını qatardı

1) Əgər istehsalçı deyilsənsə necə pul itirməyi gözə ala bilərsən ki? Onda deməli yaxşı biznesmen deyilsən.Robertin müəllimin dediyi sözün canı odur ki,məhsulda defekt,istehsalatdan yaranan qüsur olsun və istehsalçı qüsurlu məhsulu üzr istəyərək dəyişdirməyi vəya təmir etməyi pulsuz həyata keçirsin.Yoxsa qiymət strategiyası müştəridən üzr istənikəcək və güvən itiriləcək bir anlayış deyil,bu sadəcə firmanın strategiyası və müştəriyə təqdim etdiyi təklifdir

2) 2-ci 50%-lik devalvasiyanı müştərisinə əks etdirməyən şirkət birmənalı şəkildə müştərisini aldadır.10-20%-lik artımı kompensasiya etmək hardasa mümkün ola bilər,amma 50%-lik artımı öz cibindən qarşılayan şirkət ya öz quyusunu qazır yada ki indiyə qədər minimum 80-90 % marja ilə satdığını hiss elətdirib özünü ifşa edir

3) İstehlakçı da devalvasiyanın nəticələrini yaxşı bilir və qiymət artımına qarşı əvvəlki kimi aqressiv münasibət göstərmir.Nəzərə də alsaq ki idxal məhsuludur,heçkim etiraz etməz. Məsələ budur ki sən(!) şirkət olaraq özünü niyə “yandırırsan”? 🙂 Səndə də qiymət artımının olmağı normal haldır.Bunun güvənlə nə əlaqəsi? Hələ üstəlik də rəhmətlik Robert(yeri behiştlik) müəllimin yerində dediyi və tutuzdurduğu qızıl kəliməsi ilə müştərini də minnətli vəziyyətə salırsan

4) Şam ağacından səməniyə keçid prosesi başlayıb artıq


Keyfiyyətdən qaçış

Category : Böhran , Marketinq , Satış

İçində olduğumuz vəziyyətdə,müştəri davranışları ilə bağlı doğru təsbitdə olmaq şirkətlərin əsas problemlərindən və vəzifələrindən biridir.Əsasən də böhran şəraitində,elədə yaxşı vəziyyətdə olmayan şirkətlər müxtəlif strategiyalarla müştərilərin diqqətini çəkməyə daha çox diqqət etməyə başlayıblar.Devalvasiyadan sonra,iqtisadiyyata köklü təsir edən böhrandan istehlakçılar fərqli şəkildə təsirləniblər.Bu təsir,xərclərin sayının azaldılması şəklində ola biləcəyi kimi, endirimli mallara istiqamətlənmək,keyfiyyəti ikinci plana atıb ucuz mallar alınması kimi də özünü göstərə bilir.Böhran şəraitində,istehlakçıların keyfiyyətli mallardan qiymət baxımından daha uyğun mallara yönəlməsi görünən bir haldır.

İlkin Manafovun  Procter and Gamble və Bəhrəm Bağırzadə  analizini oxuduqdan sonra bu mövzuya  da toxunmaq istədim.İstehlakçının ucuz mallara yönəlməsi,keyfiyyətsiz,heç bir gigiyenik standartlara önəm vermədən istehsalatla məşğul olan kiçik firmalara da fürsət yaradıb. P&G kimi qlobal bir şirkətin bunu öncədən sezib “Keyfiyyət sərfəlidir. Özün sına” kampaniyasını başlatmağı təbii ki təqdirə layiqdir.Niyə qlobal şirkət olduğunun da cavabını vermiş olub sanki bu kampaniya ilə.Marketlərin və ya satış nöqtələrinin qiymətə əsasən alış etdiyinə görə bu tip şirkətlərin sayı artmağa davam edəcəkdir.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun da bir növ buna və bu tip şirkətlərə stimul və rahatçılıq verəcək.Brend mallar satan və keyfiyyəti əsas tutan firma və mağazalar məcburən bu tip haqqsız rəqabətlə baş çıxarmağa çalışarkən,bir çoxu artıq bazardan çəkilir.Buna ən yaxşı nümunə Neftçilər prospekti,günü-gündən boşalan mağazalar və artan  “For Sale” elanlarıdır.

Amma bir reallıq var ki,digər sektorlarla müqayisədə böhranın ən az hiss edildiyi sektor və hətta deyərdim yüksəlişə keçən sahəsi qida sektoru və FMCG-dir.Təsadüfü deyil ki, son aylarda ən çox artım göstərən iş yerləri günü gündən bir yenisi açılan supermarket şəbəkələridir.Bu hiss etmək elədə çətin deyil,gün ərzində facebook newsfeed-inizə baxsaz bu tərkibli xəbərlərin özününüz şahidi ola bilərsiz.Metro və tv reklamlarının böyük hissəsi də bu sektorlara aiddir.Reklam xərclərində azalma olsa da liderlik bu sektorlara aiddir.Bu sektordan daha çox fərqlənənlər isə Süd məhsulları, Yağ və Çaydır. Satış olaraq isə daha çox makaron və tum ön plana çıxa bilər.

Böhranın ən ağır hiss edildiyi bir digər sahə isə kişi geyimi sahəsidir. Evin əsas ehtiyaclarını qarşılamaq kişinin öhdəliyi olduğu üçün,məcbur qalmadıqca özü üçün alış-veriş etmir.Buna yenə də təkrarçılıq kimi çıxsa da Neftçilər prospekti boyu kişi geyim mağazalarını nümunə göstərə bilərik.Qadınlarda da vəziyyət buna oxşar olsa da onlar dodaq və dırnaq boyası kimi maliyyəti az amma fərqlilik yarada bilən malları alaraq alış-veriş həvəslərini ölüdürə bilirlər.

 


Mobile-friendly web pages

Category : Marketinq

Bildiyiniz kimi,21 mart 2015-ci ildə,Google özünün Mobile-friendly web pages yenilənməsini paylaşdı və tarixdən etibarən mobil versiyası olan saytlara “daha çox önəm verəcəyini” açıqladı.

Google,rəsmi bloqundan yayımladığı açıqlama ilə 1 noyabr tarixdən etibarən “istifadaçi təcrübəsinə” önəm verməyib istifadəçilərə mobil app-ini yüklətməyə çalışan veb saytların “Mobilə uyğun” etiketi varsa əgər,onları ləğv edəcəyini bəyan etdi.

Eyni şəkildə bu paylaşımda anons edilən buna bağlı bir digər məsələ isə, Google mobilə uyğunluq testi nin nəticələrinin də yenilənəcəyi ilə bağlı idi.Burada saytınızın adını qeyd edərək mobilə nə qədər uyğun olub olmadığını yoxlaya bilərsiz.Veb sayt sahibləri və ya idarəçiləri buradan qeydiyyatdan keçərək saytları ilə bağlı əksiklikləri mail formasında əldə edə bilərlər

google-mobil-uygulama-ceza

google-mobil-uygulama-ceza2


Milli İnsan Resusları Forumu 2015

Category : Böhran , Marketinq

Ölkənin “gül” vaxtında əsas ağırlıq marketinqin üzərinə düşürdüsə,artıq  insan resusları da marketinqlə bərabər o ağırlığın altına çiynini qoyub ağırlığı paylaşır.Artıq bir çox şirkət,seçim arasında qalarsa,tv-də vəya bilbordda 1 aylıq gedəcək reklam əvəzinə savadlı və sədaqətli kadrı daha üstün tutar. Çünki artıq şirkətlər üçün marketinq şöbəsi qədər insan resusları şöbəsi və fəaliyyəti də önəmli faktora çevrilib.Bütün şirkətlər insan faktoru ilə var olan qurumlardır və insan faktoru nəzərə alınmadan fəaliyyətlərini davam etdirə bilməzlər.

Biz türk liseyində təhsil alan vaxtlarda(2000-2005) yəni yaxın keçmişdə ,liseylər daxil bir çox qurumda bu sahə “Personel Müdiri” olaraq adlandırıldı və daha çox işçilərin qeydiyyatının tutulması ilə məşğul idilər.Vəzifələri işə götürmə,işçilərin qeydiyyatlarının aparılması,sığorta və təzminat kimi işlərlə çərçivələnirdi.Ancaq bunların yetərli olmadığı,işçilərin motivasiyası və verimliliyini artırmaq üçün başqa əlavə nələrəsə ehtiyac olduğu,o vaxtdan bu yana aparılan təcrübələr nəticəsində artıq isbat olunub.O zamandan bu zamana insan resuslarına əlavə olunan yeniliklər ,hər işə doğru insan seçimi ilə başlayıb,karyera planlaması,ədalətli  performans ölçümü və buna bağlı olaraq mükafatlar,təhsil politikaları,qiymətləndirmə politikaları və s bunun kimi bir çox faktorlara şaxələnib.

Cabir Süleymanlı,Murad Malik və Elmira İsmayılova da bu sahənin önəminə diqqət yetirmək üçün Azərbaycanda yenilik olan Milli İnsan Resusları Forumunu keçirməklə bəlkə də hədəflədiklərindən daha artıq iş görmüş olacaqlar. Mənə də bu forumun təşkilat komandasında üzvü olmaq şansı verdiklərinə görə də ayrıca təşəkkür edirəm.

Bu sahə ilə maraqlanan hərkəsi Milli İnsan Resusları Forumu 2015)-də iştirak edib forumun bir parçası olmağa dəvət edirəm.

Ümid edirəm ki, səs-küylü tədbir yox,faydalı tədbir olacaq…


Inbound marketinq nədir?

Category : Marketinq

Inbound marketinq(IM) ,digital marketinqdə ən mühüm rollardan birini oynayır.IM-in əsasını keyfiyyətli content(məzmun) hazırlamaq tutur.Bunun sayəsində siz müştərini deyil,müştəri istədiklərini sizin sayt və bloqunuzda,bunun nəticəsi olaraq sizi tapır.Müştərinin maraqlarına paralel olaraq hazırlanmış bir content həmin müştəridə sizə qarşı maraq oyandırmış olur.Yəni qısaca Inbound maraqlı content hazırlayıb paylaşaraq insanların könüllü olaraq sizi izləyib,davamlı sizinlə əlaqədə olmasıdır.

IM-in 4 əsas qaydası:

1.Attract (Özünə çək)

Bloq yazıları, videolar, facebook app-ları, yarışmalar, e-kitab,  viral content-lər  və s.

2.Convert ( Tanış ol və abunə et)

Landing-pages, Məlumat formları, Online üzvlük və s.

3. Catch ( Tanı,izlə, öyrən və sat)

CRM sistemləri, Emailing, Kampaniyalar, Endirim Kuponları, Analytics, Anketlər və s.

4.Delight ( Sədaqət yarat)

Email büllütenlər, oyunlaşdırılmış content və app-lar, faydalı paylaşımlar, hədiyyələr və s.

Outbound marketinqdə(OM) diqqət çəkmək üçün kreativ və başdan çıxarıcı olmaq daha ön plandadırsa,IM-də faydalı olmaq daha vacibdir.Çünki məsələ sadəcə istehlakçının şüuraltına yerləşmək deyil,onunla üz-üzə əlaqə qurmaq,ehtiyaclarını qarşılamaqdır.

OM-də əsas əksiklik,qarşınzıdakının sizi dinləyib dinləmədiyini,izləyib izləmədiyini bilməməkdir.Vermək istədiyiniz mesajın istehlakçıya çatıb çatmadığını dəqiq olaraq bilməyiniz imkansızdır.Buna görə də mesajınızın çatmağını sığortalamaq,insanlarla dolu bir yerdə ,seçilmək üçün boşluğa qışqırmaq kimi birşeydir.Buna görə də ən çox səs-küyü (səs və görüntü olaraq) çıxarmaq əsasdır.Burda ən böyük problem isə hər marka ən yüksək səsi çıxarmaq üçün cəhd etdikdə ortaya çıxan xaosdur.

IM-də isə əsas,insanlara tək-tək tanış olub,onlara öz adları ilə xitab edib,davamlı təkbətək münasibətlərdir.IM, tanıdığınız yeni insanlardan öyrəndiyiniz məlumatları analiz edərək,onlar üçün yeni fürsətlər yaratmağa çalışmaqdır.Çünki istehlakçı hər zaman maksimum faydanı almağa çalışır.

IM-də oyunların rolu

Oyunlar IM-də çox mühüm yerlərdən birini tutur.Çünki oyun,insanların çox ağır  qaydalarına etiraz etmədən əməl etdikləri və qarşılığında yüksək tətmin duyğusu yaşadıqları bir haldır. OM insaları daha çox Eşq,İntim və Yemək baxış bucağından görərkən, IM daha çox oyun kimi vasitə ilə insanlara yaxınlaşmağa çalışır.

Oyunlar, insanların könüllü olaraq sıxılmadan saatlara vaxt keçirməsini və verilən çətin tapşırıqları etiraz etmədən yerinə yetirməsini çox asan bacarırlar.Təbiiətdəki hər canlının ilk müəllimi oyunlardır.Çünki insan eşq və digər şeyləri öyrənmədən oyunları öyrənir.

IM-də content

Content,istehlakçını tələyə salmaq üçün çörək qırıntıları olmamalıdır.Contet-lə bağlı ən böyük problemimiz ona çörək qırıntısı kimi baxmağımızdır.Bunun da nəticəsi olaraq təmsil etdiyiniz marka tələyə,kampaniyalar isə ora aparan yol olaraq görünməyə başlayır.

Yaxşı bir content nəyi bacarır?

1. Empatiya(emphaty) qurdurur.
2. Güvən verir.
3. Yeni insanlarla tanış olmaq üçün fürsət yaradır.
4. Əlaqədə davamlılıq yaradır.
5. Maksimum fayda verir.
6. Sədaqət yaradır.
7. Paylaşılır.

 

Nəticə

Inbound Marketinq, makro ünsiyyətdən çox,mikro ünsiyyətə önəm verir.Ünsiyyət dilini B2C olaraq deyil,H2H olaraq seçir.Çünki,hər tip məlumatın bu qədər asan əldə edildiyi bir zamanda,insanları şişirilmiş vədlərlə təsir etmə çağı sona çatıb.Artıq bir markanın afrikada vəya avropada etdiyi bir xəta, bütün dünyada saniyələr içində yayıla və insanların reaksiya göstərmələrinə səbəb ola bilir.


Böhran şəraitində önə çıxa biləcək bəzi iş modelləri

Category : Böhran , Marketinq

1.Yeni kampaniya modelleri

Durğunluq şəraitində istehsalçıların stoklarında mallar artır və malları topdan olaraq daha ucuz qiymətə verməyə razı olurlar.Bu şərait daha çox çeşidi daha ucuz qiymətə müştərilərə təqdim edəcək.Digər bir yandan müştərilər  artıq, qiymətə və qiymət ovçuluğuna daha həssas hala gələcəklər.Saytlardakı fürsətləri paylaşıb yaymaq üçün insanlar daha maraqlı hala gələcəklər. Digər yandan da yaradıcı beyinlər daha həyəcan verici qiymətləndirmə və kampaniyalar üzərində mütamadi işləməlidirlər.E-ticarətdəki ən böyük yeniliyin qiymətləndirmə (gözədəyər qiymətləndirmə) olacağına inanıram.

2.Özü özünün həkimi

Digital Marketinq Conference 2015-də Dj Tural-ın da mövzusu təxmini bu başlıq ilə yaxın idi. Böhran şəraitində insanlar işlərini pul xərcləyərəkmi yoxsa özü etsinmi qərarını daha çox düşünməyə başlayacaq.Bir çox hallarda insanlar özlərinin ustası,müəllimi,həkimi olmaq məcburiyyətində qalacaqlar.Bütün bu işlərə hardan başlayacağınızı bilmirsizsə başlanğıc nöqtəniz təbii ki internet olacaq. HOW TO (Necə etmək olar?) sözünün axtarış sayı və dəyəri artacaq zamanla. Öz hakim olduğunuz sahəni düşünün.Bu sahə ilə bağlı HOW TO (Necə etmək olar?) modelni inkişaf etdirmək qazanclı ola bilərmi?

3. Yeni işləmə növləri

Təəssüf ki,böhran yüzlərlə iş yerinin bağlanmağına səbəb olur və olacaq.Gözlənilən kimi bir durğunluq yaşanarsa minlərlə insan iş yerini itirəcək,on minlərlə insan iş yerini itirmək təhlükəsi ilə üzbəüz qalacaq.Ənənəvi iqtisadiyyat və ənənəvi iş görmə metodları bu iş əksiklərini doldura bilmə gücündə deyil.İnternet vasitəsi ilə bu iqtisadi böhranda freelance (sərbəst işləmə)  -ın yüksəlişinə şahid olacağıq.İnsanlara saatlıq işlər,evdən çıxmadan görülə biləcək işlərlə əlavə gəlir təklif edəcək karyera-iş saytları inkişaf edəcəkdir.

4. Ortaq istifadə modeli

İnternetin bacardığı ən müsbət xüsusiyyətlərdən biri insanların koordinasiya olmasını asanlaşdırır.Real həyatdakı verimsizliliyimizi internet vasitəsi ilə quracağımız əməkdaşlıq platformaları ilə qazanca çevirə bilərik.Yəni işlətmədiyimiz kitab,oyun disklərimizi satıb və ya barter edə bilərik.Oxuduğunuz kitab və ya nəvaxtsa oynayıb indi oynamadığınız oyun diski sizə niyə pul qazandırmasın?

5.Kirayə modeli

Kirayə,böyük miqdarda pul ödəmədən ehtiyacınızı qarşılamaq metodudur.Kirayə götürmək,insanların bir şeyə bağlı qalmadan fərqli şeyləri istifadə etmək istəkləri ilə də üst-üstə düşür.Kirayə bazarında 3-cü şəxslər istehsalçıdan daha çox qazanmaq şansına sahibdir. Çünki istehsalçılar kimi 1 markaya bağlı qalmadan fərqli markalar təklif edə bilirlər.