Category Archives: Böhran

Dünyada plastik sektoru və sektora ümumi baxış

Category : Böhran , Marketinq

 

 

Plastik artıq 20-ci əsrin 2-ci yarısından 21-ci əsrin ilk yarısına qədər dəmir və poladın 19-cu əsrdə dünya iqtisadiyyatı üçün oynadığı təməl rolu öz öhdəsinə götürmüşdür.Plastiklər, neft və təbii qaz qaynaqlarından nafta kimi hidrokarbonlardan əldə edilən manomerlərin müxtəlif kimyəvi proseslərlə dəyişdirilməsi və polimer formatına keçirilməsi nəticəsində əldə olunur.Polietilen,polipropilen, PVC(PoliVinil Xlorid) və poliester ağla gələn ilk nümunələrdir.

Plastikin həm dayanıqlı həm də rahat formaya düşməyi vazkeçilməz olmasına şərait yaratmışdır.İnkişaf etməkdə olan və 3-cü sinif ölkələrin şəhərləşmə prosesi plastikə olan ehtiyacı hər keçən il biraz da artırır.1950-ci ildən bu yana hər il sektorun ortalama böyüməsi 9% olmuşdur.Son 30 ildə isə sektor 500% böyümə əldə etmişdir. Müxtəlif vasitələrlə plastik və kauçuk, metal,şüşə və taxtaya nisbətən daha ucuz sənaye həlləri təklif etdiyinə görə gələcəkdə də vazkeçilməz olacaqdır.

Çin və Hindistan qədər Afrika ölkələrinin də 21-ci əsrdə şəhərləşmə və orta təbəqələşmə trendini güçləndirərək davam etdirəcəklərini nəzərə alaraq plastikin digər sanaye sahələrinə nisbətən gözləniləndən daha çox inkişaf edəcəyi gözlənilir.Şimali Amerika və Avropa ölkələrində adambaşına düşən illik plastik tələbi 100 kq səviyyəsindədir,Asiya və Afrika ölkələrində isə hələ də bu rəqəm 20 kq-dır və yaxın gələcəkdə bu rəqəmin qərb ölkələrinə yaxınlaşacağı proqnozlaşdırılır. Halhazırda dünyada plastik və kauçukdan  istehsal olunan məhsulların dəyərinin 1 trilyon dollara çatdığı qəbul edilir.

Plastik və kauçukun sənayesi son məhsul olaraq tekstil, inşaat, avtomobil, mebel və sağlamlıq sektoruna qədər bir çox sahəni təmin edir. Təxmini 5000 ədəd polimer növünün istifadə edilə biləcəyi 100-lərlə istehsal sahəsi mövcuddur.

 

Plastikdən istifadə edən sektorlar və istifadə olunduğu sahələr:

  • Əkinçilik – İstixana və sulama sistemləri
  • Avtomobil / Nəqliyyat – Ehtiyat hissələri
  • İnşaat – Drenaj sistemləri, izolasiya
  • Elektrik elektronik –  Bəyaz əşyalar, ağıllı telefonlar
  • Tibb – Tibbi ləvazımatlar,steril dərman paketləri
  • Məişət – Mətbəx əşyaları, şəxsi istifadə vasitələri (diş fırçası və s.)
  • Əyləncə – Oyuncaklar və s.

 

SEKTORUN GƏLƏCƏYİ

Xüsusilə nanotexnologiya və elektronik əşyalarda plastik materialın istifadəsinin çoxalması yeni innovasiyalara yol açacaq kimi görünür.Buna misal olaraq ağıllı telefonların ekranlarının plastikdən alınan məhsulla qaplanması indidən həyata keçən yeniliklərdəndir. Dayanıqlılıq və güvənirlik xüsusiyyətlərinə görə plastik artıq sürpriz sahələrdə də qarşımıza çıxır.Buna misal olaraq Boeing təyyarə şirkətinin son modeli olan “Dreamliner” əsas gövdəsində plastikdın istifadə etməsidir.

Daha ağıllı plastik paketlər xüsusən də az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə qidaların saxlanılması(soyuducu və elektrik olmasa da) üçün ideal qurtarıcı olacaqdır.

Plastik sənayesində inqilab ola biləcək və istehsalını partlayış səviyəsinə qaldıra biləcək yenilik isə 3D printerlərdən istifadənin artışı və məişət səviyyəsində alınıb istifadə edilə biləcək qiymətlərə enməsi olacaq. Plastiklər robotlar üçün də əhəmiyyətli olacaq.Robotların həm sanəyə həm xidmət sektorunda istifadəsi ilə paralel yaxın on illiklərdə məişətdə istfadə olunacağı təxmin edilir.


Keyfiyyətdən qaçış

Category : Böhran , Marketinq , Satış

İçində olduğumuz vəziyyətdə,müştəri davranışları ilə bağlı doğru təsbitdə olmaq şirkətlərin əsas problemlərindən və vəzifələrindən biridir.Əsasən də böhran şəraitində,elədə yaxşı vəziyyətdə olmayan şirkətlər müxtəlif strategiyalarla müştərilərin diqqətini çəkməyə daha çox diqqət etməyə başlayıblar.Devalvasiyadan sonra,iqtisadiyyata köklü təsir edən böhrandan istehlakçılar fərqli şəkildə təsirləniblər.Bu təsir,xərclərin sayının azaldılması şəklində ola biləcəyi kimi, endirimli mallara istiqamətlənmək,keyfiyyəti ikinci plana atıb ucuz mallar alınması kimi də özünü göstərə bilir.Böhran şəraitində,istehlakçıların keyfiyyətli mallardan qiymət baxımından daha uyğun mallara yönəlməsi görünən bir haldır.

İlkin Manafovun  Procter and Gamble və Bəhrəm Bağırzadə  analizini oxuduqdan sonra bu mövzuya  da toxunmaq istədim.İstehlakçının ucuz mallara yönəlməsi,keyfiyyətsiz,heç bir gigiyenik standartlara önəm vermədən istehsalatla məşğul olan kiçik firmalara da fürsət yaradıb. P&G kimi qlobal bir şirkətin bunu öncədən sezib “Keyfiyyət sərfəlidir. Özün sına” kampaniyasını başlatmağı təbii ki təqdirə layiqdir.Niyə qlobal şirkət olduğunun da cavabını vermiş olub sanki bu kampaniya ilə.Marketlərin və ya satış nöqtələrinin qiymətə əsasən alış etdiyinə görə bu tip şirkətlərin sayı artmağa davam edəcəkdir.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun da bir növ buna və bu tip şirkətlərə stimul və rahatçılıq verəcək.Brend mallar satan və keyfiyyəti əsas tutan firma və mağazalar məcburən bu tip haqqsız rəqabətlə baş çıxarmağa çalışarkən,bir çoxu artıq bazardan çəkilir.Buna ən yaxşı nümunə Neftçilər prospekti,günü-gündən boşalan mağazalar və artan  “For Sale” elanlarıdır.

Amma bir reallıq var ki,digər sektorlarla müqayisədə böhranın ən az hiss edildiyi sektor və hətta deyərdim yüksəlişə keçən sahəsi qida sektoru və FMCG-dir.Təsadüfü deyil ki, son aylarda ən çox artım göstərən iş yerləri günü gündən bir yenisi açılan supermarket şəbəkələridir.Bu hiss etmək elədə çətin deyil,gün ərzində facebook newsfeed-inizə baxsaz bu tərkibli xəbərlərin özününüz şahidi ola bilərsiz.Metro və tv reklamlarının böyük hissəsi də bu sektorlara aiddir.Reklam xərclərində azalma olsa da liderlik bu sektorlara aiddir.Bu sektordan daha çox fərqlənənlər isə Süd məhsulları, Yağ və Çaydır. Satış olaraq isə daha çox makaron və tum ön plana çıxa bilər.

Böhranın ən ağır hiss edildiyi bir digər sahə isə kişi geyimi sahəsidir. Evin əsas ehtiyaclarını qarşılamaq kişinin öhdəliyi olduğu üçün,məcbur qalmadıqca özü üçün alış-veriş etmir.Buna yenə də təkrarçılıq kimi çıxsa da Neftçilər prospekti boyu kişi geyim mağazalarını nümunə göstərə bilərik.Qadınlarda da vəziyyət buna oxşar olsa da onlar dodaq və dırnaq boyası kimi maliyyəti az amma fərqlilik yarada bilən malları alaraq alış-veriş həvəslərini ölüdürə bilirlər.

 


Milli İnsan Resusları Forumu 2015

Category : Böhran , Marketinq

Ölkənin “gül” vaxtında əsas ağırlıq marketinqin üzərinə düşürdüsə,artıq  insan resusları da marketinqlə bərabər o ağırlığın altına çiynini qoyub ağırlığı paylaşır.Artıq bir çox şirkət,seçim arasında qalarsa,tv-də vəya bilbordda 1 aylıq gedəcək reklam əvəzinə savadlı və sədaqətli kadrı daha üstün tutar. Çünki artıq şirkətlər üçün marketinq şöbəsi qədər insan resusları şöbəsi və fəaliyyəti də önəmli faktora çevrilib.Bütün şirkətlər insan faktoru ilə var olan qurumlardır və insan faktoru nəzərə alınmadan fəaliyyətlərini davam etdirə bilməzlər.

Biz türk liseyində təhsil alan vaxtlarda(2000-2005) yəni yaxın keçmişdə ,liseylər daxil bir çox qurumda bu sahə “Personel Müdiri” olaraq adlandırıldı və daha çox işçilərin qeydiyyatının tutulması ilə məşğul idilər.Vəzifələri işə götürmə,işçilərin qeydiyyatlarının aparılması,sığorta və təzminat kimi işlərlə çərçivələnirdi.Ancaq bunların yetərli olmadığı,işçilərin motivasiyası və verimliliyini artırmaq üçün başqa əlavə nələrəsə ehtiyac olduğu,o vaxtdan bu yana aparılan təcrübələr nəticəsində artıq isbat olunub.O zamandan bu zamana insan resuslarına əlavə olunan yeniliklər ,hər işə doğru insan seçimi ilə başlayıb,karyera planlaması,ədalətli  performans ölçümü və buna bağlı olaraq mükafatlar,təhsil politikaları,qiymətləndirmə politikaları və s bunun kimi bir çox faktorlara şaxələnib.

Cabir Süleymanlı,Murad Malik və Elmira İsmayılova da bu sahənin önəminə diqqət yetirmək üçün Azərbaycanda yenilik olan Milli İnsan Resusları Forumunu keçirməklə bəlkə də hədəflədiklərindən daha artıq iş görmüş olacaqlar. Mənə də bu forumun təşkilat komandasında üzvü olmaq şansı verdiklərinə görə də ayrıca təşəkkür edirəm.

Bu sahə ilə maraqlanan hərkəsi Milli İnsan Resusları Forumu 2015)-də iştirak edib forumun bir parçası olmağa dəvət edirəm.

Ümid edirəm ki, səs-küylü tədbir yox,faydalı tədbir olacaq…


Böhran şəraitində önə çıxa biləcək bəzi iş modelləri

Category : Böhran , Marketinq

1.Yeni kampaniya modelleri

Durğunluq şəraitində istehsalçıların stoklarında mallar artır və malları topdan olaraq daha ucuz qiymətə verməyə razı olurlar.Bu şərait daha çox çeşidi daha ucuz qiymətə müştərilərə təqdim edəcək.Digər bir yandan müştərilər  artıq, qiymətə və qiymət ovçuluğuna daha həssas hala gələcəklər.Saytlardakı fürsətləri paylaşıb yaymaq üçün insanlar daha maraqlı hala gələcəklər. Digər yandan da yaradıcı beyinlər daha həyəcan verici qiymətləndirmə və kampaniyalar üzərində mütamadi işləməlidirlər.E-ticarətdəki ən böyük yeniliyin qiymətləndirmə (gözədəyər qiymətləndirmə) olacağına inanıram.

2.Özü özünün həkimi

Digital Marketinq Conference 2015-də Dj Tural-ın da mövzusu təxmini bu başlıq ilə yaxın idi. Böhran şəraitində insanlar işlərini pul xərcləyərəkmi yoxsa özü etsinmi qərarını daha çox düşünməyə başlayacaq.Bir çox hallarda insanlar özlərinin ustası,müəllimi,həkimi olmaq məcburiyyətində qalacaqlar.Bütün bu işlərə hardan başlayacağınızı bilmirsizsə başlanğıc nöqtəniz təbii ki internet olacaq. HOW TO (Necə etmək olar?) sözünün axtarış sayı və dəyəri artacaq zamanla. Öz hakim olduğunuz sahəni düşünün.Bu sahə ilə bağlı HOW TO (Necə etmək olar?) modelni inkişaf etdirmək qazanclı ola bilərmi?

3. Yeni işləmə növləri

Təəssüf ki,böhran yüzlərlə iş yerinin bağlanmağına səbəb olur və olacaq.Gözlənilən kimi bir durğunluq yaşanarsa minlərlə insan iş yerini itirəcək,on minlərlə insan iş yerini itirmək təhlükəsi ilə üzbəüz qalacaq.Ənənəvi iqtisadiyyat və ənənəvi iş görmə metodları bu iş əksiklərini doldura bilmə gücündə deyil.İnternet vasitəsi ilə bu iqtisadi böhranda freelance (sərbəst işləmə)  -ın yüksəlişinə şahid olacağıq.İnsanlara saatlıq işlər,evdən çıxmadan görülə biləcək işlərlə əlavə gəlir təklif edəcək karyera-iş saytları inkişaf edəcəkdir.

4. Ortaq istifadə modeli

İnternetin bacardığı ən müsbət xüsusiyyətlərdən biri insanların koordinasiya olmasını asanlaşdırır.Real həyatdakı verimsizliliyimizi internet vasitəsi ilə quracağımız əməkdaşlıq platformaları ilə qazanca çevirə bilərik.Yəni işlətmədiyimiz kitab,oyun disklərimizi satıb və ya barter edə bilərik.Oxuduğunuz kitab və ya nəvaxtsa oynayıb indi oynamadığınız oyun diski sizə niyə pul qazandırmasın?

5.Kirayə modeli

Kirayə,böyük miqdarda pul ödəmədən ehtiyacınızı qarşılamaq metodudur.Kirayə götürmək,insanların bir şeyə bağlı qalmadan fərqli şeyləri istifadə etmək istəkləri ilə də üst-üstə düşür.Kirayə bazarında 3-cü şəxslər istehsalçıdan daha çox qazanmaq şansına sahibdir. Çünki istehsalçılar kimi 1 markaya bağlı qalmadan fərqli markalar təklif edə bilirlər.