Brendin idarəolunması

Brendin idarəolunması

Category : Böhran , HR , Marketinq , Satınalma , Satış , Ümumi

Brendin idarəolunması nədir?

Brendin idarə olunması, bir brendin hədəflərinə çata bilməsi üçün yaradılan marketinq planının  həyata keçirilməsi müddətində edilən fəaliyyətlərin cəmi olaraq adlandırıla bilər. Brendin idarə olunması dedikdə texniki tərəflərindən daha çox istehlakçının düşüncəsində  brendin necə yer tutacağının  idarə olunması olaraq  tərif etsək daha doğru olar.  Brendin hədəfi, müştərilərin məhsullarını tərcih etməsi, aldıqları məhsuldan razı qalmaları və eyni brendi təkrar almaqlarıdır. O zaman brendin idarəolunmasında ən önəmli nüanslardan biri də müştərilər ilə doğru və effektli bir ünsiyyət qura bilməkdir. Yəni, brendlə bağlı olaraq məmnuniyyətləri, varsa narazılıqları, gözləntiləri, satış və satışdan sonrakı problemləri kimi məlumatları müştəridən geri dönüş olaraq əldə etmələri,  brendi idarə edərkən bunları nəzərə alaraq yenilik etmələri və məhsulu yaxşılaşdırmaları faydalı olacaqdır.

Buna görə də müştərilərlə qurulan münasibətlərin nizamlı və faydalı olması önəmlidir. Bir başqa deyişlə, şirkətlər müştəriləri ilə olan münasibətlərini idarə etməlidirlər. Brend yaratma və qorumada hədəf bazar çox yaxşı təyin olunmalı,  stratejik marketinq taktikası tətbiq edilməlidir.

Brend formalaşdırma, öncəliklə üst idarəçilərin qərarlılığı ilə əldə edilə bilər. Ancaq, bütün işçilərin də brend şüuruna sahib olması və bu şüurla hərəkət etmələri vacibdir. Hər bir işçi, firmanın brendləşməsində və sonrakı mərhələlərində aktiv olaraq iştirak edirlər. Satılan məhsulla birbaşa əlaqəsi olmayan bir işçi belə şirkətin brend dəyərinə təsir edərək, şirkət və məhsul brendinin uğurunu azalda və ya artıra bilər.

Bunları nəzər alaraq, hər işçinin brendin uğurundan məsul olduğu və şirkətin bütün personalının brend uğurunu ortaq bir mqəsəd olaraq görüb, bu istiqamətdə birlikdə işləməyini təmin etmək çox mühümdür. Bunlardan başqa, bir brendin uğuru, müştərilərin o brenddən aldıqları xidmətin keyfiyyəti ilə birbaşa bağlıdır. Beləliklə, işçilər brendi müştəriyə ən yaxşı çatdıracaq insanlardır.

Praktiki olaraq isə baxsaq, brendin idarəolunması  bir növ A nöqtəsindən B nöqtəsinə gedən bir avtobusun yolda başına gələcək xarici təsirlərin nəticəsində sərnişinlərin sürücüyə istiqamət verib başqa bir yoldan getməyi təklif etməsi və sürücün də bu tip tövsiyyələri nəzərə alaraq avtobusu B nöqtəsinə qəzasasız çatdırması prosesidir.

Brendin idarə olunmasının önəmi nədir?

Brend strategiyasının uzun illər eyni şəkildə istifadə olunması olaraq da tərif oluna bilər.Çünki işin peşəkarı olmayan insanlar tərəfindən irəli sürülən təkliflər, brendin genişlənməsi ilə bağlı gətirilən təkliflər ya da iş ortaqları tərəfindən irəli sürülüən təkliflər brendin imicinə uyğun olmayan təkliflər də  ola bilər. Brendin idarəolunmasının önəmi şirkətlər üçün bu vəziyyətlərdə mühüm rol oynayır. Əslində brendləşmə bir şeyi tərcih edərkən başqa şeydən də imtina etmək işidir. Brend imici də, tərcih edilib və imtina edilən təkliflərin nəticəsidir. Qısacası, brendin idarəolunması, brendin ana fikrinin sona qədər qorunub saxlanmasına xidmət edir.

Brend olmaq və ya olmamaq

Brendin təkcə ad olmadığı, idarəolunması hamı tərəfindən birmənalı şəkildə qəbul olunmuşdur. Avropanın ən böyük neft ehtiyatı olan ölkələrindən biri olsaq da neftdən alınan məhsulların istehsalında geridə qalmış ölkələrdənik. Nefti olmayan bir çox ölkə sıralamada bizdən daha öndədir. Bir digər sahə isə qida sahəsidir ki, bu sahədə də potensialımız olsa da, yerli şirkətlər xarici şirkətlər qarşısında ya rəqabətdə çətinlik çəkirlər ya da xarici şirkətlərin nəzninə keçməyə məcbur olurlar. Uğur hekayələrimiz var amma çox qısa və azdır.

Başlıca problem ölkəmizdəki brend olmanın tək yolunun çoxlu reklam etmək və bunun üçün də güclü maddi qaynağın olmağının vacibliyi inancıdır. Reklam çox önəmli bir faktordur ancaq təməldə çox daha başqa nüanslar var. Brendin bazarda özünə yer tutması, brend imici və brend ruhu. Brendin uğurlu olması üçün rəqiblərindən seçilməsi və istehlakçının beynində birmənalı olaraq yer tutması lazımdır. Hər brendin öz təklifləri var və bu təkliflərin təqdimat forması professionallıq tələb edir.

Brendin əsas xüsusiyyətlərini tez-tez dəyişdirdikdə davamlı uğur əldə etmək olmaz. Əgər uğur əldə olunursa əsas məsələ bu uğuru  davamlı saxlamaqdır. Reklam əsas faktor olmasına baxmayaraq brendin təməl xüsusiyyətləri üzərində son qərara gəlməmiş reklama başlamaq brendə zərər vura bilər.

Reklam büdcəsi olmayan müəssisələr başlıca işləri görərək brendləşmə müddətini zamana yaya bilərlər. Əvvəla qablaşdırma üzərindən doğru mesaj verməklə başlanılır. Müəssisənin özündə brend imici formalaşdırılır, sonra doğru paylanma strategiyası. Seçilmiş hədəf kütləyə tanıtım işləri. Böyük büdcələr başlayan kimi dövriyyəyə girmir. Brend doğru idarə olunarsa Tv üçün reklam edəcək səviyyəyə daha tez çata bilər.

Brendləşmə və imic formalaşdırmaq çox önəmlidir. Qiymət politikasının brend imicinə uyğun olması lazımdır. Çox aşağı qiymətlər brend imicini zədələyə bilər. Aşağı gəlirli qrupa xitab etmək üçün fərqli bir brend yaratmaq olar. Qloballaşan dünyada təsadüfən brend olmaq çox çətindir. Çünki nə bazarlar boşdur nə də rəqibləriniz. Bunun üçün intimzalı iş prinsipi və düzgün brend idarəsi mütləqdir.

Brendin yaddaşda qalması rəqabət üstünlüyünü əmələ gətirir. Müştərinin tanıdığı brend, ağlında yer tutmuş olandır.  Bunda davamiyyəti əldə saxlamaq, brend seçimi ilə yanaşı düzgün idarəolunması ilə bağlıdır.  Brendin idarəolunması, istehlakçının ağlında formalaşan imic ilə qısa müddətli satış ilə birlikdə uzun müddətli müştəri loyallığı və güvənirlik kimi gözləntiləri də təmin edir.

Brend idarəolunmasında ilk fəaliyyət brendin istehlakçı zehnində yerləşdirilməsidir.  Yerləşdirilən bir brend, müştəri ilə təmasa kemək üçün pr strategiyasını təyin etməlidir. Pr üçün isə brend ünsiyyət kanallarının təsbiti və doğru seçimi mütləqdir.

Brend idarəolunmasında əsas nöqtələr…

  • Şirkətin işbirliyi etdiyi firmaların və müştərilərin brend haqqda düşüncələri nələrdir
  • Şirkət işçilərinin brend anlayışı nələrdir?
  • Rəqib şirkətlərin PR strategiyaları nələrdir?
  • Məhsulunuzdan istifadə etməyənlərin brendiniz haqqda fikirləri nələrdir?.
  • Brend ilə bağlı büdcə və investisiyaların nəzərdən keçirilməsi.
  • Brendin izlənməsi üçün nə qədər büdcə ayrılmalıdır?
  • Brendiniz hansı kateqoriyada rəqabət aparır  və burda nə qədər rəqibiniz var
  • Brendinizin rəqib firmalara görə nə kimi üstünlükləri var?
  • Brendiniz haralarda paylanılır?
  • Brendiniz necə satılmaqda və alınmaqdadır?
  • Brendinizin müştəri kütləsi kimlərdir??
  • Brendinizin satışı və satış qrafiki necədir?